İnvaziv Radiologiya

İnvaziv radiologiya - təbabətin flüoroskopiya, rentgenoskopiya, ultrasəs, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, DS angioqrafiya və digər radioloji metodların tətbiqi ilə aparılan, diaqnostik və müalicəvi xarakterli prosedur və əməliyyatları birləşdirən sahəsidir. Şöbədə icra edilən prosedurlar daha az riskli və daha az travmatikdir. Cərrahi kәsiyә və ümumi anesteziyaya ehtiyac olmadığı üçün әmәliyyatdan sonrakı reabilitasiya dövrü çox qısa olur.

Müalicə edilən xəstəliklər

  • Anevrizma
  • Xroniki çanaq ağrısı sindromu
  • Diabetik ayaq
  • Miomalar
  • Uşaqlıq qanaxmaları
  • İşemik insult
  • Böyrəkdə damar tutulması
  • Şahdamar tutulması
  • Mexaniki sarılıq və öd yollarının bədxassəli törəmələri
  • Ayaqda damar tutulması
  • Burqer xəstəliyi
  • Varikosel

İcra olunan prosedur və əməliyyatlar

  • Koronar anqiografiya, ürək kateterizasiyası (qol və ya ayaq damarından)
  • Koronar balon, stent implantasiyası və digər invaziv prosedurlar (qol və ya ayaq damarından)
  • İşemik insult zamanı erkən dövrdə (ilk 6-8 saatda) invaziv yolla tıxanmış damarın açılması (trombolizis, endovaskulyar tromb və ya tıxanmaya səbəb olan ateromanın çıxarılması.
  • Kəlladaxili və ya kəlləxarici (yuxu arteriyası) beyin damar daralmalarının stenoz (ballon) angioplastikası və stent ilə açılması.
  • Beyin anevrizmalarının invaziv yolla müalicəsi (coil embolizasiyası).
  • Beyindaxili arterio-venoz malformasiyaların (AVM) endovaskulyar müalicəsi (embolizasiya).
  • İntra/ekstrakranial AVF embolizasiyası.
  • TAKE (kemoembolizasiya)
  • Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsi (Uşaqlıq Miomalarının Embolizasiyası)
  • Uşaqlıq qanaxmalarında ən az ağrılı metodla, cərrahiyyəsiz qanaxmanın dayandırılması
  • Qaraciyәr xərçənginin kimyәvi embolizasiyası
  • Qida borusu və mədə-bağırsaq sisteminin daralmalarında stent taxılması
  • Qaraciyәr bədxassəli törəmələrinin kimyәvi embolizasiyası
  • Öd yollarına perkutan biliar drenaj və stent taxılması
  • İntra/ekstrakranial şişlərin əməliyyat öncəsi embolizasiyası
';