• Populyar Məqalələr
  • /
  • 388

Bu qidalar uşaqlarda allergiya yaradır!

Uşaqlıqda görülən qida allergiyası inkişaf prosesində bəzən öz-özünə yox olur, bəzən də yetkinlik dövründə də davam edə bilir.
Qida allergiyası şübhəsi olan uşaqlar gecikmədən mütəxəssis tərəfindən müayinə olunmalıdır. Qida allergiyası müalicə edilməzsə nəfəs darlığından ürəkbulanmaya, qusmadan dəridə qaşınmaya qədər bir çox problem yarada bilər , irəliləmiş hallarda isə həyati risklərə belə səbəb ola bilər.

170-ə qədər qidanın allergiyaya səbəb olduğu bildirilir. Xüsusilə uşaqlarda qida allergiyasına ən çox səbəb olan qidalar: inək südü, yumurta, quru yemişlər, qoz-fındıq, yer fıstığı, şokolad, kakao, buğda, balıq, qabıqlı dəniz məhsulları, nadir hallarda mərci və qırmızı ətdir.

Qida allergiyası diaqnozunda ən vacib addım xəstənin şikayətlərini dəqiq bilməkdir. Daha sonra dəridən və qandan allergiya testləri götürülür. Qida allergiyası əlamətləri erkən (ilk 2 saatda) və daha gec (7gün sonra) qarın ağrısı və qaşınma ilə özünü göstərə bilər.

Digər əlamətlər:

  • qaşınma, qızartı, ekzema
  • dil və dodaq şişməsi
  • nəfəs darlığı, öskürək, göyərmə
  • ürək döyüntüsünün artması
  • ürəkbulanma, qusma
  • qanlı, selikli və yaşıl rəngli defekasiya
  • aşağı qan təzyiqi və halsızlıq

Teqlər