• Populyar Məqalələr
  • /
  • 421

Şəkər xəstələrində müalicəyə gecikmək hansı ağırlaşmalara səbəb olur?

- Şəkərli diabet gözə, ürəyə, böyrəklərə, beyinə, ayaq damarlarına ciddi təsir edir. Gözdə yaranan diabetik retinopatiya nəticəsində görməni tamam itirən, qanqrena səbəbindən hər iki ayağı amputasiya edilən xəstələr olur. Halbuki düzgün diaqnoz və beynəlxalq protokollar əsasında müalicə ilə bütün ağırlaşmalardan qorunmaq mümkündür. Diabetlə əlaqəli yaranan bütün fəsadların səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasiyent qanda şəkərin miqdarını idarə edə bilsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcək və heç bir ağırlaşma ilə üzləşməyəcək.

- Bu xəstəliyin ən sıx rast gəlinən ağırlaşmalarından biri diabetik ayaq problemidir. Müalicəsiz qaldıqda, yaxud da yanlış müalicə nəticəsində ayaqlarda qanqrena yaranır və amputasiya olunur. Odur ki, bu xəstələr ayaqlarına qulluq etməli, hər cür zədələnmədən qorumalıdırlar. Ayaqlar hər gün yuyulmalı, corablar düzgün seçilməli, xüsusi ortopedik ayaqqabı  geyinilməli, dəridə quruluq varsa, nəmləndirici kremlərdən istifadə olunmalıdır. Bayırda, hətta evdə belə ayaqyalın gəzmək olmaz. Bu cür xəstələrdə hissiyyat zəif olduğundan bəzən ayaqlarına yad cismin batmasını belə hiss etmirlər. Nəticədə dəri toxumasında infeksiya yaranır, yayılır və zamanla diabetik ayağa çevrilir.

Teqlər