• Populyar Məqalələr
  • /
  • 354

EUS (Endosonoqrafiya) nədir?

EUS, ucunda ultrasəs cihazı olan endoskopiya cihazıdır. Həzm sistemində və qonşu orqanlarda (mədə, bağırsaq, öd kisəsi, qaraciyər, mədəaltı vəzi) şişlərin mərhələlərində və həzm sistemi orqanlarının divarının daxili təbəqələrinin müayinəsində istifadə olunur. EUS köməyi ilə həzm sistemindən və həzm sisteminə qonşu orqanlardan qaynaqlanan şişlərdən toxuma nümunələri götürülə, kistlər boşaldıla bilər.

Tətbiq üsulu klassik endoskopiyadan fərqlənmir. Həm yuxarı, həm də aşağı həzm sisteminə tətbiq oluna bilər. Qida borusu, mədə, mədəaltı vəzi, yoğun bağırsaq və öd yollarının xərçənglərinin diaqnostikasında və bu orqanların damar strukturlarının qiymətləndirilməsində digər ultrasəs üsullarından daha üstündür.

EUS ilə qastrointestinal sistemin görüntülənməsi çətin olan orqanları daha yaxşı dəyərləndirmək üçün istifadə olunur. Bu orqanların əsasında mədəaltı vəz (pankreas) durur. Mədəaltı vəzə aid bir çox xəstəliklərin diaqnozu EUS ilə təyin edilir və bir çox xəstəlikləri invaziv yolla müalicə edilir.

Mədəaltı vəz kistləri, törəmələri EUS ilə rahatlıqla diaqnoz qoyulur və lazım gəldikdə rahatlıqla biopsiya alınır, ehtiyac olduqda bu kistlər EUS vasitəsi ilə boşaldılır.

Mədəaltı vəz xərçəngi olduqda şiddətli ağrılar olur, bu ağrıları önləmək üçün EUS ilə “çölyak qanqlion blokadası və neyrolizis” ilə pankreasın sinirlərinə alkoqol və ya anestetik maddə yeridilərək ağrı aradan qaldırılır. Bütün bu prosedurlar xəstəxanada yatış tələb etmədən olunaraq pasiyent həmin gün evə buraxılır.

Mədəaltı vəz xərçəngində xəstəliyin nə qədər yayıldığı, əməliyyata uyqun olub olmadığı ən düzgün EUS vasitəsi ilə qərar verilir.

EUS bundan başqa qida borusu, mədə, 12 barmaq bağırsaq, düz bağırsaq (rektum) selik altı qişasında əmələ gələn törəmələrin diaqnozunda "qızıl standart" olaraq dəyərləndirilir.

Bu səbəblə EUS bir çox xəstəni lazımsız əməliyyatdan qurtarmada, diaqnozun dəqiq təyin olunmasında, müvafiq xərçəng xəstələrində (xüsusi ilə rektum xərçənglərində) radioterapiya və kimya terapiya sonrası əməliyyat və ya sonrakı müalicə planının təyin edilməsində əsas müayinə üsuludur.

Döş qəfəsi içərisində olan limfa düyünlərindən və törəmələrdən EUS ilə biopsiya alaraq diaqnozu asanlaşdırar.

EUS niyə icra olunur?

Endoskopiya qastrointestinal sistemin dəyərələndirilməsində istifadə olunan elastik rezin borudan ibarət bir alətdir. Endosonoqrafiya isə bu alətin ucuna taxılmış yüksək tezlikli səs dalğaları ilə qaraciyər, öd kisəsi, mədəaltı vəz, qida borusu, mədə, bağırsaq, dalaq, böyrək kimi orqanları görüntüləyə bilən bir cihazdır. Görüntü və iş prinsiplərinə görə radial, lineer və mini prob deyilən 3 tipi vardır.

Klassik endoskoplarla qida borusu, mədə, bağırsağın selikli qişası, üz təbəqəsi görüntülənib diaqnoz və fikir dəqiqləşdirirdisə EUS vasitəsi ilə üz təbəqənin altından qaynaqlanan törəmələr və onların daha dərin qatlara yayılması, damarlara invaziyası, qarın boşluğuna və döş qəfəsinə aid olan limfa düyünləri haqqında məlumat verir, dəqiq ölçününü göstərir, lazım gəldikdə biopsiya almaq imkanı verir. Biopsiya almaq və kista boşaltmaq kimi geniş imkanlara malikdir.

EUS prosedurası hazırlığı necə olmalıdır?

Prosedurdan ən az 8 saat öncədən bir aclıq tələb olunur.

EUS prosedurasında hər hansı bir törəmə olduqda bəzən biopsiya almaq məcburiyyəti olunduğu üçün qanama problemlərinin olmaması üçün 5-7 gün öncədən qan durulaşdırıcı preparatlardan istifadə olunursa dərmanlar dayandırılmalıdır.

Allergiya, qaraciyər çatışmazlığı, ürək xəstəlikləri, diabet kimi xəstəliklər varsa öncədən həkimə məlumat verilməlidir.

EUS prosedurası texnikası necədir?

Prosedura öncəsi proseduranın riskləri yönündən həkimin izahatı verilir və pasiyentdən razılıq forması alınır.

Sedasiya (damar daxili qısa müddətli yuxu gətirici maddə) istifadə edərək pasiyent yatızdırılır. Çox vaxt ümumi narkoza ehtiyac olmur.

Prosedura vaxtı təzyiq, nəbz, saturasiya nəzarət üçün monitorizasiya edilir.

EUS prosedurası vaxtı həkim bir monitor ekranında həzm sisteminə aid görüntünü görər, digər monitor ekranında ultrasəs vasitəsi ilə aldığı görüntünü görər.

Prosedura biopsiya alınıb alınmamasından asılı olaraq 20-60 dəqiqə vaxt ala bilər.

EUS zamanı hava verildiyindən prosedura sonrası qaz və şişkinlik ola bilər. Prosedura zamanı hər hansı ciddi narahatlıq olmadıqda həkim 1-2 saat sonra pasiyenti evə göndərə bilər. Sedasiya qəbul olunduğu üçün 2 saat avtomobil idarə etmək olmaz. Həmin gün sulu qidalarla qidalanması məsləhətdir.

Teqlər