• Populyar Məqalələr
  • /
  • 325

Qaraciyərin yağlanmasının qarşısını zamanında alın!

İnsan orqanizminin ikinci ən böyük orqanı qaraciyərdir. Bu orqan yediyimiz və içdiyimiz hər şeyi emal etmək və qandan zərərli maddələri süzmək də daxil olmaqla, müxtəlif funksiyalara məsuldur. Qaraciyərdə müxtəlif xəstəliklər yarana bilir, onlardan ən çox rastlanan xəstəliklərindən biri də qaraciyər yağlanmasıdır.

Hazırda dünyada 5 nəfərdən biri qaraciyər yağlanmasından əziyyət çəkir!!!

Qaraciyər yağlanması (steatoz) bədən çox yağ istehsal etdikdə və ya istehsal etdiyi yağları kifayət qədər effektiv şəkildə metabolizə etmədikdə inkişaf edir. Hüceyrələrə piylərin artıq yığılması baş verir, ancaq iltihablı infiltrasiya olmur.

Artıq çəki şəkər və ürək xəstəlikləri riskini artırdığı kimi qaraciyərin yağlanmasına da səbəb olur. Qaraciyərin yağlanmasının qarşısını almaq üçün sağlam qidalanmaq və ideal kiloda qalmaq əsas şərtdir!

  • Şəkərli qidalar, tərkibinə dadlandırıcılar əlavə edilmiş içkilər, doymuş yağlar qida menyusundan çıxarılmalıdır
  • Meyvə və tərəvəz, yüksək lif ehtiva edən qidalar, doymamış yağ turşuları və omeqa-3 yağı ilə zəngin olan qidalara üstünlük verilməlidir
  • "Fast-food" qidalar qaraciyərin ən böyük düşmənidir
  • Qırmızı ət də qaraciyər üçün zərərlidir. Qırmızı ət əvəzinə balıq yemək məsləhətdir
  • Tərkibində həddən artıq şəkər olan meyvələri də ehtiyatla yemək lazımdır

Qaraciyərdə yağlanmanın dərəcəsi artdıqca qaraciyərdə iltihab əmələ gəlməyə başlayır və orqan funksiyalarında azalma olur. Bu vəziyyət qaraciyər hüceyrələrinin məhvinə səbəb olur, qaraciyər xərçənginə və sirroza qədər uzanan ciddi qaraciyər xəstəliklərinin yolunu açır. Buna görə də xəstəliyə erkən mərhələdə diaqnoz qoyulub mütəxəssis tərəfindən izlənilməsi önəmlidir.

Teqlər