• Populyar Məqalələr
  • /
  • 298

Şəkərli diabet xəstəliyinə müasir yanaşma

Tip1 şəkərli diabet xəstələrinin 90%-i doğru müalicə olunmazsa, göz və böyrəklərdə ağırlaşmalar, daha sonra isə ürək-damar ağırlaşmaları inkişaf edə bilər. Bu zərərlər geri dönməz qalıcı zərərlər ola bilər.

Tip 1 diabet adətən 30 yaşından əvvəl başlayır, məktəbəqədər yaşda (təxminən 6 yaş), yeniyetməlik dövründə (təxminən 13 yaş) və nəhayət, 20 yaşında zirvəyə çatır.

Tip 2 diabet isə cəmiyyətdə daha çox rast gəlinir və xəstələrin təxminən 90%-ni təşkil edir. Tip2 diabet xəstələrin böyük əksəriyyətində əsasən genetik faktorlardan qaynaqlanan insulin müqavimətinin olduğu, lakin buna əlavə olaraq insulin ifrazının pozulmasının da iştirak etdiyi bir diabet növüdür.

Şəkərli diabet xəstəliyinin müasir müalicə metodları hansılardır?
- Bu xəstəliyin müalicəsində insulin inyeksiyalarından və dərman preparatlarından istifadə olunur. Şəkərli diabetin müalicəsi üçün istehsal olunmuş yeni dərmanlar artıq ölkəmizə də gətirilir. Burada önəmli olan düzgün diaqnoz və müalicə taktikasını təyin etməkdir. Bəzən deyirlər ki, xəstənin şəkəri düşmür. Deməli, ya yanlış, ya da yetərsiz müalicə alır. Doğru müalicə ilə bütün xəstələrdə şəkəri normada saxlamaq mümkündür.

Teqlər