• Populyar Məqalələr
  • /
  • 486

Bütün növ açıq və laparoskopik əməliyyatlar

Olimp Hospitalda istənilən həcmdə və ölçüdə Laparoskopik (qapalı) və Laparotomik (açıq) əməliyyatlar uğurla icra edilməkdədir.

Hospitalda əksər əməliyyatlar açıq şəkildə müasir üsullarla professional komanda tərəfindən həyata keçirilməkdədir. Ancaq eyni problemlər qapalı yolla da
həll edilə bilməkdədir.

Laparoskopik metodun ən bariz üstünlüklərindən biri xəstənin əməliyyatdan sonra daha az ağrı hiss etməsi və ağrıkəsicilərə daha az ehtiyac duymasıdır.
Laparoskopik cərrahiyyədə xəstəxanada qalma müddəti də daha qısadır. Həm də xəstənin normal fiziki fəaliyyətini bərpa etməsi və işə qayıtması daha asan və daha sürətli olur.
Laparoskopik əməliyyatlar bir çox əməliyyat növü üçün daha az yan təsirlərə, xüsusilə qanaxma və infeksiyaya səbəb olur. Cərrahi sahədə daha az toxuma zədələnməsi daha asan və daha sürətli bərpanı təmin edir.

Xüsusilə aşağıdakı əməliyyatlar laparoskopik yolla aparılır:
Öd kisəsi:  Bu gün bütün dünyada öd kisəsi xəstəliklərinin əməliyyatlarında laparoskopiya “qızıl standart”dır. Yəni zərurət olmadıqca açıq əməliyyat aparılmır.

Appendisit:  Öd kisəsində olduğu kimi appendisitin müalicəsində də laparoskopiyaya üstünlük veririk.

Qasıq yırtığı və digər qarın yırtıqları:  Bu gün yalnız 3 dəlikdən girərək qasıq yırtığı əməliyyatlarını laparoskopik yolla edə bilirik. Laparoskopik üsul əvvəllər əməliyyat olunmuş və təkrarlanan (təkrarlayan) yırtıqlar üçün də üstündür. Qarın nahiyəsində əvvəlki əməliyyat yerlərində yaranmış yırtıqları (kəsik), göbək yırtıqlarını və digər yırtıqları laparoskopik yolla müalicə edə bilərik.

Reflüks xəstəliyi və hiatal yırtıq:  Mədə və döş qəfəsində yanma, ağızda acı su kimi şikayətlərə səbəb olan qastroezofagial reflü xəstəliyinin cərrahi müalicəsini standart olaraq laparoskopik üsulla həyata keçiririk. Mədə yırtıqları (hiatal yırtıq) da eyni əməliyyatla müalicə olunur. Bu xəstəliklərdə klassik açıq cərrahiyyə çox daha çətin və problemlidir.

Laparoskopiya kolon və düz bağırsaq xərçənglərinin cərrahi müalicəsində getdikcə daha çox üstünlük verilən üsula çevrilir. Araşdırmalar göstərib ki, xərçəng müalicəsində onun təsiri açıq üsulla eynidir.

Piylənmə əməliyyatı: Laparoskopiyanın geniş tətbiqi ilə artıq bariatrik əməliyyatlar uğurla icra edilir. Laparoskopik mədə balonu, mədə kiçiltmə və bypi kimi əməliyyatlarla xəstələr sürətlə çəki itirirə bilirlər. Ayrıca bu əməliyyatlardan sonra bir çox xəstənin şəkər xəstəliyi  nəzarət altına alına bilir.

Teqlər