• Populyar Məqalələr
  • /
  • 261

Ət xalları nədən yaranır? Onları yox etmək təhlükəlidirmi?

Ət xalı kimi tanınan fibroepitelial polip, akrokordon və ya molluscum sarkaç - daha çox boyun, qoltuq altı, qasıq, cinsiyyət bölgəsi və göz qapağı kimi dəri qıvrımları olan nahiyələrdə, nadir hallarda isə kürək və döş nahiyəsində görülür.

Ət xalları narahatlıq və ya qıcıqlanmaya səbəb olmadıqca onların müalicəsinə ehtiyac yoxdur. Xoş olmayan estetik görüntü yaradarsa, cərrahi kəsilmə, maye azotla dondurma və ya elektrokoteriya kimi müxtəlif üsullarla aradan qaldırıla bilər. Hər hansı potensial ciddi vəziyyəti istisna etmək üçün bir dermatoloq tərəfindən qiymətləndirilmə aparılmalıdır.

Xərçəngə çevrilmə riski daşımayan ət xalları tibbi baxımdan tamamilə zərərsizdir.

Ət xallarının əmələ gəlməsində bir çox amil rol oynayır.

  • Bədəndə bir zülal növü olan kollagen, xalların əmələ gəlməsində əsas səbəbdir.
  • Dəri toxumasının nizamsız böyüməsi nəticəsində əmələ gələn ət xalı daha çox genetikdir.
  • Hamiləlik dövründə hormon səviyyəsinin dəyişməsi ət xallarının əmələ gəlməsinə səbəb olan mühüm amillərdən biridir.
  • Piylənmə, insulin müqaviməti və tip 2 diabetli insanlarda daha çox rast gəlinir. 2008-ci ildə aparılan araşdırmaya görə, insan papillomavirusu (HPV ) xalların əmələ gəlməsində rol oynayır.
  • 2010-cu ildə həyata keçirilən araşdırmanın nəticələrinə görə, ət xalı formalaşması, bədən kütlə indeksi və yüksək trigliseridlər arasında əlaqənin olduğu müşahidə edilmişdir. Ancaq bəzən heç bir səbəb olmadan bir insanda ət xalı meydana gələ bilər.

Teqlər