Olimp Hospitalın Endokrinologiya şöbəsində praktik olaraq bütün endokrin patologiyaların diaqnostikası və müalicəsi aparılır. Xəstəxanamızda endokrinoloji xəstəliklərin dəqiq diaqnostikası üçün bütün müayinə üsulları mövcuddur. Müxtəlif endokrin xəstəliklərin diaqnostikasında yüksək spektrli laborator və müasir instrumental müayinə üsullarından istifadə olunur. (USM, KT, Sintiqrafiya, Rentgen) Əlavə olaraq yüksək ixtisaslı həkimlərimiz tərəfindən qalxanvari vəzi xəstəliklərinin diaqnostikasında biopsiya icra olunur.