Haqqımızda
Tam yeni təmirli və müasir tibbi avadanlıqlarla təchiz edilmiş Olimp Hospital 2021-ci ildə fəaliyyətə başlamışdır. Xəstəxanamız 2 böyük korpusdan, 8 mərtəbədən ibarətdir. Bütün səhiyyə imkanlarının cəmləşdiyi xəstəxanamız xarici ölkələrdə təhsil almış həkim heyəti ilə 7/24 xidmət verməkdədir. Əvvəllər 60 yataqla xidmətə başlayan xəstəxanamız hazırda 110 yataqlıdır. Xəstəxanamızda xəstə otaqları, həkim otaqları fiziki olaraq xəstəxana mühitindən fərqli dizayn olunmuşdur. Məqsədimiz pasiyentlərimizin daha rahat və komfortlu şəraitdə müalicə almaları üçün, standart xəstə otaqları dizaynından fərqli ortam yaratmaqdır.

MİSSİYAMIZ
İxtisaslaşmış tibb mərkəzi olaraq əsas məqsədimiz pasiyentlərə beynəlxalq keyfiyyət standartları çərçivəsində xidmət vermək, xəstə hüquqlarına hörmətlə yanaşmaq, işçi və pasiyent məmnuniyyətinin daima yüksək olmasına çalışmaq və əlçatan olmaqdır.
VIZYONUMUZ
Biz bütün səhiyyə imkanlarını insanlara əlçatan edən, ölkəmizdə və dünyada referans sayılan sağlamlıq brendi olmağı hədəfləyirik.
DƏYƏRLƏRİMİZ
Peşəkarlıq;
Dürüstlük;
Qayğıkeşlik;
Yenilikçi və araşdırmaçılıq;
Əlçatanlıq;
Xəstə hüquqlarına hörmət.
Sığorta
Tibbi Sığorta Xidmətlər Zərfi çərçivəsində siz Olimp Hospitalda bir sıra tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz.
Olimp hospitalda Sənaye Sığorta, Ata Sığorta, Mega Sığorta, Atəşgah Sığorta və Xalq Sığorta ilə olan tibbi sığorta müqaviləniz əsasında keyfiyyətli tibbi yardım almaq imkanınız var.





