Hospitalımızın İnvaziv Radioloqu, Uzman Dr. Cavid Əhmədov Azərbaycan Tibb Universiteti Müalicə işi fakültəsində təhsil alıb (2006-2009). Daha sonra 2010-cu ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə İstanbul Universiteti Cerrahpaşa tibb fakültəsinə qəbul olub. Həmin universiteti bitirdikdən sonra Uzmanlıq qazanaraq (2013) Hacettepe Universitetinin Radiologiya bölümünə daxil olub. Uzmanlıq təhsilini başa vurduqdan sonra müxtəlif klinikalarda çalışmış Uzm.Dr. Cavid Əhmədov hazırda fəaliyyətini Olimp Hospitalda davam etdirməkdədir.