Hospitalımızın pediatrı Dr.Aysel Hacıağayeva Azərbaycan Tibb Universitetinin (2005-2011) məzunudur. Daha sonra Rezidentura təhsili (2012-2014) almışdır. O, uşaq xəstəlikləri, ana südü üzrə əlavə kurslarda, konfranslarda iştirak etmişdir. Müxtəlif illərdə müxtəlif tibb müəssisələrində çalışan Dr.Aysel Hacıağayeva hazırda Olimp Hospitalda fəaliyyətini davam etdirir.