Bölmələr

Radiologiya

Radiologiya bölməsində əsas məqsəd yüksək keyfiyyətdə radioloji görüntüləmə xidməti verərək pasientlərə ən doğru diaqnozun qoyulmasına yardımçı olmaqdır. Bölmə müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya cihazları ilə təchiz olunmuşdur.

Pediatriya

Peşəkar və yüksək ixtisaslı tibbi heyətin nəzarəti altında ən son müasir diaqnostik və müalicəvi avadanlıqlarla günün istənilən saatında balaca pasiyentlərimizin sağlamlığını bizə etibar edə bilərsiniz. Pediatriya bölməsində xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən geniş spektrli xidmətlər göstərilir.

Otorinolorinqologiya

Otorinolarinqologiya bölməsində xaricdə ixtisaslaşmış həkim heyəti ilə yuxarı tənəffüs orqanlarında yaranmış xəstəliklərin və qulaq xəstəliklərinin müalicəsi endoskopik və klassik otorinolarinqoloji əməliyyatları aparılır. Həmçinin mütəxəssislərimiz tərəfindən burun estetik əməliyyatları daha az travmatik metod piezo üsulu ilə icra olunmaqdadır.

Neyrocərrahiyyə

Uzun illər xaricdə ixtisaslaşmış Neyrocərrahlarımız ən son avadanlıqlarla təhciz olunmuş neyrocərrahiyə əməliyyatxanasında müasir metodlarla bütün növ əməliyyatları həyata keçirir. Şöbəmizdə ən riskli əməliyyatlar yüksək peşəkarlıqla açıq, mikroskopik, endoskopik, minimal invaziv yanaşmalarla və mikroneyrocərrahi metodlarla icra olunur.

Nevrologiya

Nevrologiya bölməsində peşəkar tibbi heyətin nəzarəti altında xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Nevrologiya bölməsi mərkəzi və periferik sinir sisteminin həm kəskin, həm də xroniki xəstəliklərinin vaxtinda diaqnostikası və müalicəsi üçün müasir standartlara cavab verərək tam hazır vəziyyətə gətirilmişdir. Xəstəxanamızda neyrofizioloji müayinələr EEG (elektroensefaloqrafiya) və EMG (elektromioqrafiya) müayinələri aparılır.

Laboratoriya

Laboratoriya bölməsi - müasir tibbin bütün tələblərinə cavab verən, dünya standartlarına uyğun, Yaponiya və Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan, son model, tam avtomat qapalı sistem analizatorlarla təchiz olunmuşdur. Peşəkar həkim laborant heyətinin çalışdığı yüksək spesiflik və həssas laboratoriyamız xidmətinizdədir.