Bölmələr

Kardiologiya

Kardiologiya şöbəmiz ürək sağlamlığının qorunması, ürək xəstəliklərinin diaqnostikası və müalicəsi üçün dünya standartlarına uyğun avadanlıq və infrastrukturla xidmət göstərir. Belə ki, xəstəxanamızda kardioloji poliklinika, invaziv kardiologiya (Angioqrafiya və stent imlantasiyası), kardio cərrahiyyə və kardioreanimasiya fəaliyyət göstərir. Kardioloji poliklinika bölümüzdə EKQ, Stress test, EXO, Holter (ritm və təzyiq) və s. müayinələr yüksək ixtisaslı həkimlərimiz tərəfindən aparılmaqdadır.

Hemodializ

Xəstəxanamızda yüksək ixtisaslı həkim nefroloqların çalışdığı və müasir hemodializ cihazları ilə təchiz olunmuş şöbəmiz xidmətinizdədir. Hemodializ bölümümüzdə həmçinin səyyar dializ xidməti göstərilməkdədir. Şöbədə yeni nəsil osmos su təmizləyici qurğu fəaliyyət göstərir ki bu dializin effektivliyi üçün çox vacibdir.

Daxili xəstəliklər

Daxili xəstəliklər bölümüzdə bütün növ daxili xəstəliklərin diaqnostikası və müalicəsi xarici təhsilli həkimlərimiz tərəfindən aparılır. Xəstəxanamızda daxili xəstəliklərlə bağlı yüksək təchizatlı poliklinika, stasionar və reanimasiya bölmələri fəaliyyət göstərir.

Anesteziologiya və Reanimasiya

Olimp Hospitalın Anesteziologiya və Reanimasiya şöbəsi dünya standartlarına cavab verən ən müasir anestezioloji və reanimatoloji avadanlıqlarla təmin olunub. Reanimasiya şöbəsində həmçinin  dializ aparatı, ultrasəs müayinə aparatı, hərəkətli rentgen aparatı, bronxoskop və digər yardımçı cihaz və alətlər var. Reanimasiya şöbəsi iki bölümə ayrılmışdır, ümumi reanimasiya və kardioreanimasiya. Bütün xəstələrin tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli …

Dermatovenerologiya və kosmetologiya

Olimp hospitalın Dermatovenerologiya bölməsində dəri və veneroloji xəstəliklərinin ən müasir metodlarla diaqnostikası və müalicəsi həyata keçirilir.

Endokrinologiya

Olimp Hospitalın Endokrinologiya şöbəsində praktik olaraq bütün endokrin patologiyaların diaqnostikası və müalicəsi aparılır.