Hospitalımızın Fleboloq-cərrahı Dr.İsmayıl Əsgərov Azərbaycan Tibb Universitetinin (2006-2012) məzunudur. Respublika Klinik Xəstəxanasında cərrahiyyə üzrə rezidentura təhsili (2017) almışdır. Daha sonra Türkiyədə Ankara İbn Sina Xəstəxanasında Endokrinologiya üzrə, Nümunə Eğitim və Araşdırma Xəstəxanasında Xroniki yara poliklinikası şöbəsində ixtisasartırma (2015-2016) kursu keçmişdir. Dr.İsmayıl Əsgərov bu illər ərzində Türkiyə, Qazaxıstan, İsveç, İtaliya, Latviya, Xorvatiya və digər ölkələrdə keçirilən beynəlxalq tibbi konqreslərdə iştirak etmişdir. 2019-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun doktoranturasına qəbul olmuş və 2024-cü ildə Şəkərli diabet olan xəstələrdə aşağı ətraf venalarının varikoz xəstəliyinin müalicəsində endovenoz lazer ablasiya nəticələrinin optimallaşdırılması mövzusunda dissertasiya müdafiə etmişdir. Müxtəlif illərdə müxtəlif tibb müəssisələrində çalışan Dr.İsmayıl Əsgərov hazırda Olimp Hospitalda fəaliyyət göstərir.
