Nevrologiya bölməsində peşəkar tibbi heyətin nəzarəti altında xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Nevrologiya bölməsi mərkəzi və periferik sinir sisteminin həm kəskin, həm də xroniki xəstəliklərinin vaxtinda diaqnostikası və müalicəsi üçün müasir standartlara cavab verərək tam hazır vəziyyətə gətirilmişdir. Xəstəxanamızda neyrofizioloji müayinələr EEG (elektroensefaloqrafiya) və EMG (elektromioqrafiya) müayinələri aparılır.