Radiologiya bölməsində əsas məqsəd yüksək keyfiyyətdə radioloji görüntüləmə xidməti verərək pasientlərə ən doğru diaqnozun qoyulmasına yardımçı olmaqdır. Bölmə müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya cihazları ilə təchiz olunmuşdur.