İnvaziv kardiologiya bölümündə son nəsil angioqrafiya cihazı ilə bir sıra ürək əməliyyatları aparılır. Belə ki, uzman həkim heyəti ilə şöbədə koronar angioqrafiya, stent implantasiyası əməliyyatı, ürək daxili cihaz əməliyyatı, TAVİ əməliyyatı icra olunur. Ağır xəstələrin təqibi üçün ayrıca kardioloji reanimasiya fəaliyyət göstərir.
Bölmələr
Ürək-damar cərrahiyyəsi
Xəstəxanamızda Ümumi əməliyyatxanadan əlavə Ürək damar cərrahiyyə əməliyyatxanası fəaliyyət göstərir. Şöbədə yüksək ixtisaslı ürək cərrahiyyə komandası aorta koronar şuntlama, ürək qapaqları əməliyyatları, aorta əməliyyatları, anadangəlmə qüsurlar və digər periferik damar cərrahiyyə əməliyyatları aparılır. Qeyd edək ki, xəstəxanamızda tam ayrıca ürək reanimasiyası və ürək stasionarı fəaliyyət göstərir.
Ümumi cərrahiyyə
Təcrübəli cərrahlar və müasir əməliyyat bloku ilə ümumi cərrahiyyə bölməmizdə bütün növ açıq və laporoskopik əməliyyatlar tam təhlükəsiz və uğurla həyata keçirilir. Bundan başqa xəstəxanamızda bariatrik əməliyyatlarda icra olunur.
Urologiya
Urologiya bölümümüzdə son nəsil avadanlıqların köməyi ilə açıq və qapalı əməliyyatlar aparılır. Belə ki, böyrək və sidik axarı daşlarının lazerlə parçalanıb çıxarılmasında flexible əməliyyatı (kəsik aparmadan) və digər endoskopik uroloji əməliyyatlar icra olunmaqdadır.
Travmatologiya və ortopediya
Xəstəxanamızda Travmatologiya və ortopediya bölümündə ixtisaslaşmış mütəxəssislərimiz tərəfindən bütün növ sümük-oynaq xəstəliklərinin diaqnostikası və müalicəsi aparılır. Belə ki, bu bölümdə müasir avadanlıqlarla travma cərrahiyyəsi, endoprotez əməliyyatları, mikrocərrahiyyə, əl cərrahiyyəsi, artroskopik cərrahiyyə əməliyyatları aparılır.
Qastroenterologiya
Xəstəxanamızın Qastroenterologiya bölümündə həzm sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində son nəsil endoskopik ,invaziv cihazlar vardır. Bu avadanlıqların köməyi ilə həzm sistemi xəstəliklərində həm görüntüləmə, həm də lazım olduqda müdaxilə və eləcədə diaqnostika üçün biopsiyaların götürülməsi mümükündür.