Müasir standartlara cavab verən

Tibb Mərkəzi

Beynəlxalq standartlarda və daha etibarlı

Vətəndaşların ehtiyac və gözləntilərini nəzərə alaraq, beynəlxalq standartlarda, daha etibarlı, daha praktik, daha qənaətcil və daha səmərəli tibb xidmətləri təqdim edirik.

  • Təcrübəli mütəxəssislər

Peşəkar həkim personalı ilə
sağlamlığınızın keşiyindəyik!

  • Müasir standartlar

Ən son tibbi cihaz və
avadanlıqlarla təchiz olunma.

Əməkdaşlıq etdiyimiz sığorta şirkətləri

Sürətlə inkişaf edərək yeniləşən dünyamızda müasir tibbin tələblərini əsas tutaraq yola çıxmağa qərar verdik və “Olimp Hospital” olaraq 2021-ci ildən innovativ xidmətlərimiz ilə fəaliyyətə başladıq.

Hospitalda xəstəliklərin diaqnostikası və müalicəsi məqsədi ilə Avropa və dünya standartlarına cavab verən müasir müayinə metodları, invaziv və açıq cərrahiyyə əməliyyatları tibbin ən son yenilikləri ilə yüksək təhsilli peşəkar həkim komandası tərəfindən icra edilir. “Olimp Hospital”da Türkiyə və digər xarici ölkələrdə təhsil almış ixtisaslı həkim mütəxəssislər tərəfindən müayinə, diaqnostika və müalicə həyata keçirilir.

Burada geniş və hər tərəfli imkanlara malik müayinə cihazları, təcrübəli tibb personalı ilə səliqəli və yüksək keyfiyyətli stasionar və reanimasiya xidmətləri, müasir avadanlıqlarla invaziv kardiologiyanın əsasını təşkil edən angioqrafiya, açıq ürək cərrahiyyəsi əməliyyatlarının aparılması üçün geniş və rahat cərrahi blok xəstələrimizin xidmətindədir.

Hospitalda eyni zamanda peşəkar və təcrübəli cərrahlarımız tərəfindən aparılan bütün növ ürək-damar xəstəliklərinin cərrahi əməliyyatlarının həyata keçirilməsi mümkündür.

İnsan və sağlamlıq düşüncəsinin işığında yüksək keyfiyyətli, etik, xəstələrin hüquqlarını əsas tutaraq, pasiyentlərin ehtiyaclarını qarşılamağa istiqamətlənmiş hospitalımız beynəlxalq standartlara uyğun tibbi xidmət göstərir.

Qeyd edək ki, “Olimp Hospital”da, Travmatologiya və Ortopediya, İnvaziv Radiologiya, Dermatovenerologiya, Endokrinologiya, İnvaziv və Noninvaziv Kardiologiya, Radiologiya, Urologiya, Qastroenterologiya, Terapiya şöbələri və ən müasir avadınlaqlarla təchiz olunmuş geniş laboratoriya fəaliyyət göstərir.

Hospitalda xaricdə ixtisaslanmış mütəxəssislər tərəfindən göstərilən tibbi xidmət müasir tibbi avadanlıqların köməyi ilə icra olunduğundan ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi üçün imkan yaradacaqdır.

“Olimp Hospital” – tibbin geniş sahələri ilə xidmətinizdəyik.