• Populyar Məqalələr
  • /
  • 1754

Angioqrafiya nə zaman tətbiq olunmalıdır?

Ürək-damar xəstəliklərinin diaqnostikasında "qızıl standart" hesab olunan koronar angioqrafiya (el arasında anju kimi tanınır), infakt xəstələrində həyat qurtaran bir müayinə metodudur. Angioqrafiya ürək damarlarının vəziyyətini göstərir, bu yolla müalicə üsulu seçilir.

Koronar angioqrafiya ürək damarlarının xüsusi maddə verilərək izlənilməsidir. Sadə dildə desək angioqrafiya ürək damarlarının şəklinin çəkilməsi deməkdir. Angioqrafiya əməliyyat adlandırıla bilməyən minimal invaziv bir prosedurdur və bu prosedur ilə ürək damarlarında darlıq və ya tam tıxanıqlığın olub-olmaması müəyyən edilir.

Koronar angioqrafiya aşağıdakı hallarda təyin olunur

  • xəstədə tez-tez təngnəfəslik və ürək nahiyəsində ağrılar təkrar olunur (bu bir çox hallarda ürək damarların daralması ilə izah olunur);
  • xəstədə hər hansı ürək xəstəliyi aşkar olunub, təyin olunmuş müalicə effekt vermir, xəstəliyin simptomları (stenokardiya və s.) isə daha da güclənir;
  • xəstədə anadangəlmə ürək qüsurlarına şübhə yaranıb
  • xəstədə ürək çatışmazlığı simptomları (təngnəfəslik, öskürək, tezləşmiş ürək döyünməsi və s.) inkişaf edir
  • ürək damarlarında aparılan cərrahiyyə əməliyyatlarından əvvəl və sonra və bəzi digər hallarda həyata keçirilir

Teqlər