Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağladığımız müqaviləyə əsasən göndəriş vərəqəsi əsasında Olimp hospitalda Siz Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa tibb müəssisəmizə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.

İcbari tibbi sığorta - əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

www.its.gov.az


Əməkdaşlıq etdiyimiz sığorta şirkətlərindən olan Xalq Sığortanın təqdim etdiyi Tibbi sığorta - əhalinin sağlamlığının qorunması istiqamətində sosial müdafiənin bir formasıdır və sığortaçı tərəfindən toplanmış vəsait hesabına, sığorta hadisəsi baş verdikdə göstərilən tibbi xidmətlərin ödənilməsinin təminatını ifadə edir.

Olimp hospitalda tibbi sığorta müqaviləniz əsasında - sığorta hadisəsi (xəstəlik və ya xəsarət) baş verən zaman, sizə sığorta şirkətinə ilk ödəniş etdiyiniz andan etibarən tibbi yardım (risk) göstərilməsi zamanı ortaya çıxan xərclərin ödənişini Xalq Sığorta öz üzərinə götürür.

www.xalqsigorta.az


Əməkdaşlıq etdiyimiz sığorta şirkətlərindən olan  “AtaSığorta” ASC-nin tibbi sığorta üzrə təqdim etdiyi korporativ sığorta proqramları işçilərin sosial təminatını gücləndirməyə imkan verir. Ata sığorta tərəfindən təklif olunan korporativ tibbi sığorta proqramlarının yüksək keyfiyyəti işçilərə vaxtı-vaxtında, müasir tibbi texnologiyaların tətbiqi ilə müayinə və müalicənin bahalı növlərindən istifadə etmək, keyfiyyətli tibbi yardım almaq imkanı verir və bununla xəstəlik müddətlərini minimuma endirir.

www.atasigorta.az