• Populyar Məqalələr
  • /
  • 1245

Endoprotezləşdirmə əməliyyatları

Endoprotez - oynağın süni oynaqla əvəzlənməsidir. Konservativ müalicənin fayda vermədiyini, bud-çanaq oynağının qığırdağının yeyilməsi ilə müşahidə olunan xəstəliklərdə endoprotezləşdirmə əməliyyatı icra olunur.

Oynaqların protezlə dəyişdirilməsi hansı hallarda icra edilir?

  • Bud-çanaq oynağının osteoartriti (artrozu)
  • Revmatoid artrit
  • Travmadan sonrakı artrit
  • Bud sümüyünün başının avaskulyar nekrozu (bud başı qanlanmasının pozulması)
  • Bud-çanaq oynağının çıxıq və sınıqları (sirkə kasasının, bud sümüyünün boynunun, burmalararası sınıqları)

Günümüzdə endoprotezlərin böyük bir qismi sementsiz və ya hibrid (çanaq qismi sementsiz,bud
qismi sementli) olaraq qoyulur. Sementsiz protezlərdə protez səthinə doğru inkişaf edən
sümük protezi vücudun bir parçası kimi fiksasiya edir. Ancaq bu bitişmə üçün sağlam sümüyə ehtiyac vardır. 60 yaşın altında olan və ciddi daxili problemləri olmayanlar bu qrupa daxil edilir. 60 yaşın üstündə olan xəstələrdə bud komponenti sementsiz qoyulduqda mikro hərəkətlər olduğu üçün dizə yayılan ağrılar yarana bilər. Bunun qarşısını almaq üçün çox hallarda bu yaş qrup xəstələrdə bud komponentini sementli, çanaq komponentini isə sementsiz (hibrid)qoymaq tərcih edilir. 70 yaşın üstündə osteoporoz (sümük əriməsi) olan xəstələrdə sümük keyfiyyəti zəif olduğu üçün sementli protezlər istifadə edilməsi məsləhət görülür. Onu da qeyd edək ki, burada göstərilən yaş hüdudları mütləq deyildir və pasiyentdən pasiyentə dəyişə bilər.

Müasir cərrahi texnika və protezlər sayəsində endoprotezin ömrü 20-25-ilə qədər artmışdır. 65 yaş üstü, 70 kg-ın altında və az hərəkətli xəstə qrupu protez əməliyyatı üçün ideal sayılır.

Teqlər