• Populyar Məqalələr
  • /
  • 1071

Pəhrizi yoxsa Mədə kiçiltməni seçməliyik?

Müasir zamanda tibbin inkişafı idman etmədən, pəhriz saxlamadan çəki atmağa və ya gözəl bədən quruluşuna sahib olmağa imkan yaradır. Lakin unutmamaq lazımdır ki, sağlamlığımız zamanla gəlib-gedən gözəllikdən daha vacibdir!

Pəhrizlə çəki ata bilməyən və ya atdıqları çəkini dərhal geri alan, 3-cü dərəcəli piylənməsi olan şəxslərdə mədə kiçiltmə əməliyyatına həkim göstərişi ola bilər.

3-cü dərəcəli piylənmənin hesablanması:
Əgər boy 1,60 metr, çəki 75 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 75 rəqəmi 1,6-nın kvadratına bölünür, alınan rəqəm bədən kütləsi indeksini müəyyən edir. Piylənmə diaqnozu BKİ 30 və ya bundan yuxarı olduqda qoyulur. Alınan rəqəm 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır.

Teqlər